Çində mövsümün başlayacağı vaxt açıqlandı

01:38 2 İyul 2020

Çin çempionatının başlama tarixi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı ölkə Futbol Assosiasiyası qərar çıxarıb.Mövsüm iyulun 25-də başlayacaq. Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

 

16 komandanın iştirakı ilə təşkil olunacaq çempionatın bütün matçları azarkeşsiz keçiriləcək.


Xəbər xətti