“Sabah” Sopiçi istefaya göndərdi

12:33 3 İyul 2020

“Sabah” klubu baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

 

Qeyd edək ki, Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.


Digər xəbərlər

Xəbər xətti