"Tələsik qərarlara ehtiyac yoxdur" - "Qəbələ"nin prezidenti

Sportarena.az      3 İyul 2020 , 17:34

"Yaxın günlərdə məşqçilər korpusu ilə yeni mövsümün hazırlıqlarına dair görüşümüz olacaq. Komandadakı oyunçular və eyni zamanda hazırlığa dair qərarlar qəbul edəcəyik".

 

Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib. O, hazırda komandanın istirahətə buraxıldığını bildirib.

 

Nəcəfov heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: "Sözsüz ki, dəyişikliklər - gedən və gələn futbolçular olacaq. Uzun illərdən sonra ilk dəfə avrokuboklarda iştirak etməyəcəyik. Bu səbəbdən, tələsik qərarlar qəbul etməyə də ehtiyac yoxdur. Eyni zamanda yeni mövsümün startı ilə bağlı da konkret tarix bilinmir. Yəni hazırlıq üçün kifayət qədər vaxtımız var".

 

Klubun fəaliyyətini davam etdirəcəyini də vurğulayan "Qəbələ" rəsmisi "Sadəcə məlum vəziyyətlə bağlı büdcəni formalaşdırmaq üçün çətinliklər var. İnanıram ki, lazim olan vəsaiti əldə edə biləcəyik" - deyə əlavə edib. O, gələn mövsüm heyətdə klub akademiyasının futbolçularnın çoxluq təşkil edəcəyini də vurğulayıb: "Bununla belə tam komanda formalaşdırmaq üçün potensial yoxdur. Ona görə də hansısa mövqedə legionerin olması qaçılmazdır" (Report).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin