Koronavirus Qazaxıstan çempionatını yenidən dayandırdı

Sportarena.az      4 İyul 2020 , 11:17

Futbol üzrə Qazaxıstan çempionatı koronavirus pandemiyasına görə yenidən dayandırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qazaxıstanın Peşəkar Futbol Liqası məlumat yayıb.Xəbərdə bildirilir ki, ölkə ərazisində pandemiyaya yoluxma sayı artmağa başladığına görə iyulun 5-dən etibarən 14 günlük karantin rejimi tətbiq olunacaq. Tətbiq olunan qadağalar arasında idman yarışlarının keçirilməsi də var. Məhz bu üzdən Qazaxıstan çempionatında da azı iki həftəlik fasilə yaranıb. Lakin bu fasilənin müddəti uzadıla da bilər.

 

Qeyd edək ki, digər Avropa ölkələrində olduğu kimi, mart ayında Qazaxıstanda da çempionat koronavirusa görə dayandırılmışdı. İyulun 1-də isə çempionat bərpa olunmuş və 3-cü turun qarşılaşmaları keçirilmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin