Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var

Sportarena.az      4 İyul 2020 , 12:45

Millimizin futbolçusu Renat Dadaşov İngiltərənin “Koventri” klubunda çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı Fərid Ələkbərov adlı jurnalistə istinadən məlumat yayıb.Məlumatda qeyd olunur ki, II diviziondan I diviziona (Çempionşip) yüksəlmiş klub “Vulverhempton”da əsas heyətə düşə bilməyən 21 yaşlı R.Dadaşovu sıralarına qatmaqda maraqlıdır.Onun xidmətində “Mançester Yunayted”in sabiq futbolçusu, “Koventri”nin 50 yaşlı baş məşqçisi Mark Robinsin şəxsən maraqlı olduğu deyilir. Hazırda futbolçunun icarəyə götürülməsi üçün “Vulverhempton”la danışıqlar aparılır.

 

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ilin yanvar ayında I divizion klubu “Birminhem”ə icarəyə verilməyə yaxın olsa da, transfer pəncərəsi bağlandığından keçid baş tutmamışdı. (oxu.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin