İranın məşhur klubunda 11 futbolçu koronavirusa yoluxub

12:22 8 İyul 2020

İranın aparıcı klublarından olan “İstiqlal”ın 11 futbolçusunda koronavirus aşkarlanıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən klubda bütövlükdə 12 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.Onlardan 11-i futbolçu, biri isə tibb işçisidi. Bu məlumatı komanda üzvlərinin koronavirus testindən keçdiyi Tehrandakı xəstəxanadan da təsdiqləyiblər. “İstiqlal”da bütövlükdə 61 nəfərdən analiz götürülüb ki, bunun da 12-nin nəticəsi müsbət çıxıb. Virusun aşkarlandığı şəxslərin adları açıqlanmayıb.

 

Qeyd edək ki, “İstiqlal” yenidən bərpa olunan İran çempionatında 22 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti