Azərbaycan klublarına məşq keçməyə icazə verildi

09:00 8 İyul 2020

Ölkəmizi avrokuboklarda təmsil edəcək klubların sərt karantinin tətbiq olunmadığı bölgələrdə təlim-məşq toplanışı keçməsinə icazə verilib.



Sportarena.az xəbər verir ki, artıq bununla bağlı klublar məlumatlandırılıb. Avrokuboklarda iştirak edəcək klublar Qəbələyə üz tutaraq orada təlim-məşq toplanışı keçə bilərlər.
 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə", Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq.  


Xəbər xətti