“Qarabağ”ın Çempionlar Liqası üçün hazırlıq məkanı və tarixi bəlli oldu

Sportarena.az      8 İyul 2020 , 18:20

Azərbaycan çempionu “Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.

 

Sportarena.az xəbər verir ki, bu barədə oxu.az-a klubun direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq:

 

“Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib. Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək”.

 

Gümüş mükafatçı “Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı “Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komanda - “Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.

 

“Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə avqustun 27-də keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin