UEFA-dan avrokuboklarla bağlı son qərar

02:08 10 İyul 2020

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı qərarını açıqlayıb.
 

Sportarena.az xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib. Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Bu komandaların ilk oyunu da baş tutmayıb.

 

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.


Xəbər xətti