Aleksey İsayevin "Qarabağ"a keçidi niyə baş tutmadı? - SON DURUM

02:59 10 İyul 2020

Bir müddət əvvəl milli komandamızın üzvü Alekseyin İsayevin "Qarabağ"la anlaşdığını yazmışdıq. Lakin 24 yaşlı futbolçu gözlənilmədən "Sabah"la müqavilə imzaladı.

 

Bəs Alekseyin İsayevin "Qarabağ"a transferi niyə baş tutmayıb?

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb maliyyə məsələləri olub. Belə ki, tərəflər arasında bir neçə ay əvvəl şifahi razılıq əldə olunsa da, maddi şərtlər mövsüm bitəndən sonra müzakirə edilib. 

 

"Qarabağ"dan sərfəli müqavilə gözləyən İsayev təklif olunan məbləğ qarşısında təəccüblənib. Belə ki, Ağdam klubu millinin üzvünə bir mövsüm üçün 100 min dollar təklif edib. "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi isə bununla razılaşmayıb və "Qarabağ"a keçidi baş tutmayıb.


Digər xəbərlər

Xəbər xətti