Emil Balayev rəsmən “Qarabağ”da

12:00 10 İyul 2020

"Qarabağ" Azərbaycan millisinin qapıçısı Emil Balayevin transferini açıqlayıb.
 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu "Zirə"dən ayrılan qapıçı ilə müqavilə imzalayıb. Müqavilənin müddəti açıqlanmayıb.Emil Balayev 2016-2017 mövsümündə də "Qarabağ"ın üzvü olub. Lakin həmin dövrdə ehtiyat qapıçı olan gənc Balayev rəsmi oyuna çıxmayıb.


Xatırladaq ki, "Qarabağ" Emildən əvvəl sabiq müdafiəçisi olmuş Donald Geryeni də transfer edib.  


Digər xəbərlər

Xəbər xətti