Ansi Aqolli millimizdə çalışa bilər

15:00 11 İyul 2020

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni de Byazinin köməkçiləri müəyyənləşir.

 

Sportarena.az xəbər verir ki, onlardan biri də "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ola bilər. Məlumata görə, 64 yaşlı de Byazi Albaniya millisindən yaxşı tanıdığı Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir. Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

 

Qeyd edək ki, 2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.


Xəbər xətti