Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək

Sportarena.az      11 İyul 2020 , 11:39

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Bakıya gəlişinə Xarici İşlər Nazirliyi kömək edəcək. 

 

AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun verdiyi məlumata görə, bu barədə İK-nın digər üzvü, Xarici İşlər naziri Elmar Məmmədyarov videokonfrans formatındakı iclasda çıxışında bildirib.

 

Məmmədovun sözlərinə görə, hazırda Azərbaycana giriş-çıxış asan deyil: "Bu, həddindən artıq çətindir. Bütün belə məsələləri Nazirlər Kabineti yanında Operativ Qərargah tənzimləyir. İlk növbədə və xüsusilə əcnəbilərin gəlməsi çətindir. Ona görə bu məsələ Operativ Qərargah səviyyəsində ciddi müzakirə olunacaq. Çalışacağıq ki, razılığa gəlsək, bunun həlli yolu tapılsın". 

 

İK üzvü italiyalı mütəxəssisin özü ilə məşqçilər gətirməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanacaq. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdiriləcək (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə). Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunub.

 

AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin