Canni De Byazi: "Azərbaycana pul üçün deyil, vacib işlər görmək üçün gəlirəm" - MÜSAHİBƏ

Sportarena.az      11 İyul 2020 , 15:26

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi “Report”a müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?

- Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.

 

- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?

- İndi İtaliyadayam.

 

- Bakıya nə vaxt gələcəksiniz?

- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.

 

- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...

- Bəli, doğru məlumatdır.

 

- Bəs Ansi Aqolli?

- İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqaviləsi var.

 

- Gələcəkdə bu istəyiniz reallaşa bilər?

- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.

 

- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 min avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?

- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.

 

- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?

- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin