"Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri" - Kosovolu məşqçi

11:42 13 İyul 2020

"Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Tovuzun "Turan" klubunun baş məşqçisi olmuş Naci Şensoy yazıb.

 

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib. Qarşı tərəf çox sayda itki verib.

 

Qardaş Türkiyənin bir çox tanınmış simaları kimi, vaxtilə ölkəmizdə "Turan"ın baş məşqçisi olmuş Naci Şensoy da hadisəyə biganə qalmayıb. Təcrübəli mütəxəssis "Facebook" səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib.



Xəbər xətti