Canni De Byazi: "Futbol baxımından böyüyən ölkəyə gedirəm"

Sportarena.az      13 İyul 2020 , 12:30

"Təklif ciddi olduğu üçün buranı seçdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu". 

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Derbyderbyderby" nəşrinə açıqlamasında deyib. 

 

64 yaşlı mütəxəssis gələcək barədə düşüncəsi olan və futbol baxımından böyüyən ölkəyə getdiyini bildirib. İtaliyalı baş məşqçi AFFA ilə ilk təmasının fevralda olduğunu xatırladıb: "Sonra pandemiya başladı və hər şey dayandı. İndi yenidən rahat nəfəs ala bildik və razılıq əldə etdik. Müqavilənin müddəti 1.5 illikdir - 2021-ci ilin sonuna qədər. Avqustun əvvəlində orada olacağam.  Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çox istəyərdim. Amma koronavirus hamımızı dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C Liqasında ilk oyunumuzu Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var". 

 

De Byazi Bakı haqqında da danışıb. O, paytaxtın çox gözəl şəhər olduğunu və bir neçə dəfə buraya gəldiyini sözlərinə əlavə edib: "Buranın gözəlliyi məni səssiz qoyub. Şəhər böyük, aktiv və dinamikdir. 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Bakıda orta əsr divarları arasında gəzərkən gözəllik tapa bilərsiniz, bu, həqiqətən cazibədardır".

 

İtaliyalı mütəxəssis çox vaxt Bakıda olacağını söyləyib: "Albaniyada olduğu kimi edə bilmərəm. Tiranadan İtaliyaya çox asanlıqla köçdüm. Bakı ilə münasibətlər daha mürəkkəbdir. İstanbula, oradan da Bakıya getmək lazımdır".

 

Baş məşqçi son olaraq yığmadakı hədəflərdən söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin