"Aramızda inciklikdən söhbət gedə bilməz" - Cavid Hüseynov

Sportarena.az      13 İyul 2020 , 16:43

"Məsələ aydın idi. Sadəcə, özüm açıqlamaq istəmədim. Görüşümüz dünən olub. Gözlədim ki, ilk olaraq klub məlumat versin, birinci futbolçunun yazmağı düzgün çıxmır. Qarşılıqlı razılaşma əsasında vidalaşdıq. Heç kimin narahatlığı olmadı. Belə məsləhət idi, bu cür də alındı".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Zirə" klubu ilə yollarını ayıran Cavid Hüseynov deyib.

 

32 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Zaur Həşimovun komandadan gedişi onunla yolların ayrılmasına səbəb olmayıb. Hüseynov artıq özünə yeni komanda axtaracağını sözlərinə əlavə edib: "İndiyə kimi klubla anlaşmam var idi. Bu komandaya keçəndə mənimlə iki illik müqavilə imzalamaq istədilər. Mən isə heç vaxt iki illik sözləşmə bağlamıram. Klubun fəxri prezidenti Orxan Məmmədova təşəkkür edirəm. O, ilk dəfə gələndə mənə jest etdi. Klub əvvəl elə də çox ödənişli oyunçu götürməyib. Orxan müəllim mənim pulumu öz cibindən vermişdi. Ona görə də aramızda inciklikdən söhbət gedə bilməz. Mən hamını və pandemiyadan sonra klubun vəziyyətini başa düşünürəm. Yəqin ki, bundan sonra klublardan təklif gələr".

 

Hüseynov sabiq klubu "Qəbələ"yə qayıtma ehtimalı barədə bunları söyləyib: "Hələ ki, mənə zəng edən yoxdur, xəbər yeni çıxıb. Hər bir klubun öz stategiyası varsa, mən nə deyə bilərəm? Futbolda bəzi detallar var, kor-koranə kimi gəldi almaq da düzgün deyil".

 

Azərbaycan millisinin üzvü "Qəbələ"yə qayıtmaq istəyərsinizmi" sualına belə cavab verib: "Əlbəttə istəyərəm. "Qəbələ"də çox acılı və sevincli günlər yaşamışıq, yaxşı xatirələrim var. "Zirə"yə gələndə də ürəyim həmişə "Qəbələ" ilə döyünüb. Mütəmadi əlaqə saxlamışıq. Bir-birimizlə münasibətlərimiz yaxşıdır".

 

Qeyd edək ki, Cavid Hüseynov 2016 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi Mövsümün əvvəlində "Zirə"yə keçmişdi. (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin