"Sumqayıt"da iki ayrılıq

19:00 13 İyul 2020

"Sumqayıt"da iki ayrılıq baş verib.

 

Sportarena.az xəbər verir ki, hücumçu Peyman Babayi və müdafiəçi Sərtan Taşkın "gənclik şəhəri" təmsilçisindən ayrılıb.

 

Peymanın icarə müqaviləsi bitib və o, məxsus olduğu İranın "Maşın Sazi" klubuna dönüb. 26 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada keçirdiyi 19 oyunda 7 qol vurub və 2 assist edib. Peyman 7 qolla çempionatın bombardirlərindən olub.

 

Sərtan Taşkının isə müqavilə müddəti bitib və klubun yeni təklifini qəbul etməyib. O, "Zirə" ilə 1+1 illik sözləşmə bağlayıb. 22 yaşlı cinah müdafiəçisi ötən mövsüm 20 oyunda 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti