Millimizin rəqibi 2 yoxlama oyunu keçirəcək

19:35 13 İyul 2020

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr yığması yoxlama oyunları keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Yohan Valemin baş məşqçisi olduğu komanda oktyabrın 7-i evdə Çexiya ilə qarşılaşacaq. Yığma 4 gün sonra səfərdə Yunanıstanla üz-üzə gələcək.

 

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan və Kipr arasında ilk görüş sentyabrın 8-də Kiprdə, ikinci oyun isə okyabrın 13-də Bakıda olacaq.


Digər xəbərlər

Xəbər xətti