Çempion polkovnik cəbhədəki döyüşlərə mahnı həsr edib, oxudu - VİDEO

13:03 16 İyul 2020

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi, polkovnik və karate üzrə ikiqat dünya çempionu Füzuli Musayev cəbhədə gedən döyüşlərə mahnı həsr edib.

 

Sportarena.az xəbər verir ki, mahnı "Ana vətən” adlanır. Mahnının sözləri, musiqisi və ifası polkovnikin özünə məxsusdur.

 

Qeyd edək ki, Füzuli Musayev böyük idmana 20 yaşında gəlib. Karate ilə məşğul olub. O Azərbaycan, SSRİ çempionu və iki dəfə dünya çempionu adını qazanıb. Sonralar taekvondo ilə məşq edib və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə onu bir mütəxəssis kimi bura təyin ediblər. 2001-ci ildən Füzuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti vəzifəsini tutur.

 

 


Digər xəbərlər

Xəbər xətti