I Divizionun medalçıları mükafatlandırıldı - FOTOLAR

Sportarena.az      16 İyul 2020 , 15:18

Peşəkar Futbol Liqasında I Divizionun 2019/2020 mövsümünün medalçıları mükafatlandırılıb.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Covid-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə "Zaqatala" futbol klubunun prezidenti Musa Qurbanova bürünc medallar təqdim olunub. Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan "Səbail-2" medallarına qovuşub. Tədbirdə çempion "Turan Tovuz"u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil ediblər. Qızıl medallar və kubok kapitana təqdim edilib.

 

Qeyd edək ki, futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin