Mayk Tayson ağ köpək balığı ilə döyüşəcək - VİDEO

11:41 18 İyul 2020

Boks üzrə keçmiş Dünya Çempionu Mayk Tayson ağ köpək balığı ilə yarışacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Discovery telekanalının “Shark Week” proqramında anons edilib.Mübarizənin formatı barədə hələlik xəbər verilməyib. Taysonun özü yarışa rinqə qayıtmazdan əvvəl məşq kimi baxdığını deyib.

 

“Mən bunu 54 yaşında rinqə qayıtma qorxusu ilə müqayisə edirəm. Bu təcrübə mənə göstərdi ki, qarşıma çıxan hər maneəni dəf edə bilərəm”, - deyə idmançı bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Tayson məşqinin görüntülərini paylaşmışdı. Sosial media istifadəçiləri onun fiziki görünüşünü yüksək qiymətləndirmişdilər. (oxu.az)

 

 


Xəbər xətti