"Qarabağ" "transfer bombası"nı partladır - Dünya ulduzunun qardaşı...

Sportarena.az      18 İyul 2020 , 13:09

"Qarabağ" yeni "transfer bombası"nı partlatmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə sportinfo.az-a məlumat daxil olub.Belə ki, Azərbaycan çempionu axtardığı yarımmüdafiəçini Cənubi Kiprdə tapıb. Ötən mövsümü APOEL-də keçirən Uros Matiçlə danışıqlar başa çatıb. Bir-iki xırda detal dəqiqləşəndən sonra o, "Qarabağ"la 2+1 illik müqavilə bağlayacaq.

 

Matiç "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdı. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.

 

Ötən sezon isə APOEL-in heyətində öncə ÇL-nın III təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.

 

Serb futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse"/2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka"da (B komandası) çıxış edib.

 

2014-2016-cı illəri Niderlandda keçirib. "NAC Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz ututub, "Şturm"da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub. "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana "Austriya"sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin