Türkiyənin Super Liqa klubu Qurban Qurbanova təklif göndərdi

00:25 19 İyul 2020

Yeni mövsüm Türkiyə Super Liqasında oynamağa vəsiqə qazanan "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.

 

Sportarena.az azerisport.com-a istinadla xəbər verir ki, Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün onunla danışıqlar aparır. Klub rəhbərliyi səviyyəsində Qurbanovla danışıqlar son günlər daha da gücləndirilib.

 

Məsələ ilə bağlı Qurbanovun özünün rəyini öyrənmək mümkün olmayıb.

 

"Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və Super Liqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.


Xəbər xətti