Çempionlar Liqası ərəfəsində "Barselona"da birhəftəlik istirahət

17:24 22 İyul 2020

"Barselona"nın baş məşqçisi Kike Setyen oyunçulara istirahət vermək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, La Liqa başa çatdıqdan sonra futbolçulara bir həftə istirahət verilib. Komanda iyulun 28-də məşqləri bərpa edəcək. Setyen oyunçuların fasilədən yararlanaraq toparlanacağını və La Liqadakı uğursuzluğu unudaraq Çempionlar Liqasına fokuslanacaqlarını düşünür.

 

"Barselona" ÇL-in 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində avqustun 8-də "Kamp Nou"da "Napoli"ni qəbul edəcək. "Katalonlar" səfərdə 1:1 hesablı bərabərliyə razı olub.


Xəbər xətti