“Bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm” - Canni De Byazi

13:00 24 İyul 2020

"Bəlkə gələcəkdə texniki direktor kimi çalışa bilərəm. Komandada da yaxşı bir baş məşqçi olar və çətin anlarda ona kömək edə bilərəm. Ancaq indi bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm".
 
 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin yeni baş məşqçisi Canni De Byazi deyib. İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yığmamızdakı işinə başlamaq üçün səbirsizləndiyini bildirib: "Yenidən baş məşqçi kimi fəaliyyət göstərəcəyəm və başlamaq üçün səbirsizlənirəm. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim".
 

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1.5 illik müqavilə bağlayacaq.


Digər xəbərlər

Xəbər xətti