"Qarabağ"dan 4-cü rəsmi transfer - VİDEO

Sportarena.az      26 İyul 2020 , 12:00

“Qarabağ” Futbol Klubu növbəti futbolçu transferini həyata keçirib.  

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Uroş Matiçlə 2 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək. 

 

Qeyd edək ki, Uroş Matiç 23 may 1990-cı ildə Serbiyada doğulub. Makedoniya əsilli serb futbolçu hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən Nemanya Matiçin kiçik qardaşıdır. O, Slovakiyanın "Koşitse" (2009 - 2013), Portuqaliyanın "Benfika B" (2013-2014), Hollandiyanın "NAK Breda" (2014 - 2016), Avstriyanın "Şturm" (2016-2017), Danimarkanın "Kopenhagen" (2017-2018), eləcə də icarə əsasında Avstriyanın "Austriya" (2018-2019) və Kiprin APOEL (2019-2020) komandalarının formasını geyinib. Matiç 2017-ci ildə Danimarka çempionu və ölkə kubokunun qalibi olub. O, qardaşından fərqli olaraq, Serbiyanın yox, Makedoniyanın əsas millisində oynamağa qərar verib.  

 

 

  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin