Nurlan Novruzov oynadı, komandası darmadağınla mərhələ adladı

10:17 29 İyul 2020

Estoniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” bu mərhələdə “Paide 3” ilə qarşılaşıb. Rəqibini 4:0 hesabı ilə məğlub edən Novruzovun komandası nöövbəti mərhələyə vəsiqə qazanıb.

 

Nurlan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti