Premyer Liqamızda yeni mövsümün startı ilə bağlı PFL -dən açıqlama

Sportarena.az      29 İyul 2020 , 14:41

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqust ayında başlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
 

Onun sözlərinə görə, çempionatın startı ilə bağlı gələn ay üçün müxtəlif tarixlər müzakirə olunur: “İşçi qrupu bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə əlaqədar çıxaracağı yeni qərardan asılıdır. Hər gün statistikada dəyişiklik olur. Ona görə də işçi qrupu bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.

 

A.Şahgəldiyev “mövsümün startı ən pis halda nə vaxta qədər uzana bilər” sualını isə belə cavablandırıb: “Biz pis tərəfini düşünmürük. Bizim düşündüyümüz yalnız odur ki, çempionat avqust ayında başlasın”.

 

Xatırladaq ki, Premyer Liqamızda 2019/2020 mövsümü koronavirus pandemiyasına görə erkən başa vurulub və lider “Qarabağ” çempion elan edilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin