“Qarabağ”ın bütün potensial rəqibləri məlum oldu

Sportarena.az      29 İyul 2020 , 15:00

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsində qarşılaşa biləcəyi bütün rəqiblər bəllidi. Bu, ilkin mərhələnin iştirakçılarının dəqiqləşməsi ilə reallaşıb.


Sportarena.az xəbər verir ki, səpələnmişlər səbətində qərarlaşan Ağdam təmsilçisi nisbətən zəiflərin yer aldığı “səpələnməmişlər”dən biri ilə üz-üzə gələcək. Orda isə 16 komandanın adı dəqiqləşib. Yalnız ilkin mərhələdən hansı klubun gələcəyi hələlik bilinmir.

 

Bu isə o deməkdi ki, ilk raundda yer alan 4 komanda da “Qarabağ” üçün potensial rəqib hesab olunmalıdı. Üstəlik, I təsnifat mərhələsinin püşkü ilkin raundun qalibi müəyyənləşməmiş atılacaq. 

 

Çempionlar Liqası, 2020/21 mövsümü
İlkin mərhələ
Yarımfinallar

 
 “Tre Fiori” (San-Marino) – “Linfild” (Şimali İrlandiya)
“Drita” (Kosovo) – “İnter” (Eskaldes, Andorra)
 
I təsnifat mərhələsi
 
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Qarabağ” (Azırbaycan), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan)
 
Səpələnməmişlər: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Çelye” (Sloveniya), “Ararat” (Ermənistan”)*, “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), ilkin mərhələnin qalibi.
 
İlkin mərhələnin oyunları 8-11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları sözügedən ayın 18-19-da keçiriləcək.
 
*- Qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin