"Qarabağ"ı tərk edən futbolçuya Super Liqadan təklif

10:24 30 İyul 2020

Son mövsümdə icarə əsasında "Qarabağ"da çıxış edən Aylton Silvaya Yunanıstandan təklif var.

 

Sportarena.az xəbər verir ki, müqavilə ilə Almaniyanın "Ştutqart" klubunda çıxış edən futbolçuya "Aris" elçi düşüb. Macar Mihay Korhutla vidalaşan yunan klubu onun boşluğunu braziliyalı sol cinah müdafiəçisi ilə doldurmaq istəyir.

 

Qeyd edək ki, Aylton Silva "Qarabağ"ın heyətində 28 oyunda meydana çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu 2015/16 mövsümündə "Neftçi"də çıxış edib.


Digər xəbərlər

Xəbər xətti