İspaniyada 5 klubda koronavirus aşkarlandı

12:00 30 İyul 2020

İspaniyanın 5 futbol klubunda koronavirus testlərinin nəticəsi müsbət çıxıb. 

 

Sportarena.az xəbər verir ki, bunlar La Liqada mübarizə aparan "Sevilya", "Almeriya", "Saraqosa", "Deportivo" və "Real Madrid"dir. Ölkədə mövsum yekunlaşsa da, "Real Madrid" Çempionlar Liqasında, "Sevilya" Avropa Liqasında mübarizəni davam etdirir. Sequndada isə La Liqaya vəsiqə uğrunda pley-off matçları hələ keçirilməyib. 


Digər xəbərlər

Xəbər xətti