İspaniya La Liqası millimizin yeni baş məşqçisini təbrik etdi - FOTO

Sportarena.az      31 İyul 2020 , 11:55

İspaniya La Liqasının "Facebook" səhifəsi Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byaziyə işində uğurlar arzulayıb.

 

Sportarena.az xəbər verir ki, paylaşılan postda qeyd edilib:

 

"La Liqa komandalarının keçmiş baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edirik. Təbriklər, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası!"

 

Federasiya bu gün italiyalı mütəxəssislə rəsmi sözləşmə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

 

64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves" klublarını çalışdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin