"Sabah" "Sumqayıt"ı məğlub etdi

12:12 31 İyul 2020

Yeni mövsümə Qəbələdə hazırlaşan "Sabah" və "Sumqayıt" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

 

Sportarena.az xəbər verir ki, dünən güclü leysana görə ilk hissənin sonunda yarımçıq dayandırılan qarşılaşma bu gün ikinci hissədən davam etdirilib. "Sabah" yeni transferi Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Sabah" Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. Ölkəmizi ilk dəfə avroliqada təmsil edəcək "Sumqayıt" isə bundan əvvəlki görüşdə "Neftçi"yə uduzub - 0:3.


Digər xəbərlər

Xəbər xətti