Bakıdan gedən futbolçu sevgilisi ilə 3 gün aeroportda yatdı - FOTOLAR

13:19 1 Avqust 2020

"Azərbaycan inanılmaz ölkədi. Təklif olsa, yenidən Azərbaycanda oynayaram". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri 2019/20 mövsümünün sonunda "Zirə"dən ayrılan Alvaro Ampuero deyib. Perulu müdafiəçi ölkəmizdən qayıdarkən başına gələnlərdən danışıb: "Qayıtmağa bir yol tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum".

 

Alvaro Ampuero ölkəmizdəki həyat tərzi ilə bağlı da fikirlərini bildirib: "Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdu. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Sonradan onu çox bezdirməməyə çalışırdım (gülür). Dilləri çox qəlizdi. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim. Ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə bunu görəndə təəccübləndim. Əgər əyləncə vaxtı namazla üst-üstə düşürsə, bunu elə oradaca edirlər".



Digər xəbərlər

Xəbər xətti