De Byazi futbolçulara müraciət etdi: "Heyətlə bağlı qərarım sizdən asılıdır"

Sportarena.az      2 Avqust 2020 , 01:35

Milli komandamızın yeni baş məşqçisi Canni De Byazi yığmamızın futbolçularına müraciət edib.
 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabındakı paylaşımında futbolçularla görüşünü səbirsizliklə gözlədiyini bildirib:

"Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi".

Xatırladaq ki, De Byazi bir neçə gün əvvəl AFFA ilə rəsmi müqavilə imzalayıb. Yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin