Millimizin hücumçusundan bir qol, bir ötürmə - VİDEO

13:44 2 Avqust 2020

ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib.
 

Sportarena.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Matç "Finiks Rayzinq"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Rüfət oyuna start heyətdə daxil olub, 82-ci dəqiqəyədək mübarizə aparıb. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Dadaşov bundan əlavə 1 qolun vurulmasında da iştirak edib.


Bu, futbolçumuzun mövsümdəki 4-cü qolu olub.

 

 


Digər xəbərlər

Xəbər xətti