Azərbaycan yığmasının toplanışının vaxtı bəlli oldu

Sportarena.az      3 Avqust 2020 , 01:39

Milli komandamızın təlim-məşq toplanışının vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bunu yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında deyib.

 

De Byazinin korpusunda fikizi hazırlıq üzrə məşqçi kimi yer alacaq italiyalı mütəxəssis yeni işi ilə bağlı danışarkən millinin hazırlıq prosesinin başlanacağı tarixi də açıqlayıb:

 

“Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki, avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var" - deyə o bildirib.

 

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin