“Keşlə” “Səbail”ə qalib gəldi - YENİLƏNİB

21:28 3 Avqust 2020

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən "Səbail" bu gün "Keşlə" ilə üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma saat 19:00-da başlayıb. "Keşlə" bu matçda 2:0 hesablı qələbə qazanıb. Bundan öncə iki oyun keçirən "Keşlə" "Qarabağ"a uduzsa da (1:3), "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. "Səbail" isə ikinci yoxlama görüşünə çıxıb. Paytax təmsilçisi bunadək "Qəbələ"ni məğlub edib - 2:1.


Digər xəbərlər

Xəbər xətti