“Alanyaspor”un baş məşqçisi postundan ayrıldı

Sportarena.az      3 Avqust 2020 , 19:03

Türkiyənin “Alanyaspor” klubunun baş məşqçisi Erol Bulut postundan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Daha öncə iki il “Yeni Malatyaspor”un baş məşqçisi olmuş Erol Bulut “Alanyaspor”u ötən mövsümün əvvəlindən çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2019/20 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb. Kubokun finalına da çıxan bu kollektiv finalda “Trabzonspor”a uduzub.

 

Qeyd edək ki, Erol Bulutun “Fənərbaxça”ya baş məşqçi təyin olunacağı barədə xəbərlər dolaşır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin