"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

16:13 6 Avqust 2020

Mövsümün sonunda "Zirə"dən ayrılan Mfo Kqasvane ölkəsinə geri dönə bilmir. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Mmegi.bw" məlumat yayıb. Xəbərə görə, pandemiya səbəbindən sənədlə bağlı problem yaşayan futbolçu vətəninə qayıda bilmir.

 

Ölkəsinin "Qaborone Yunayted" klubundan təklif alan botsvanalı futbolçu yerli "Taunşip Rollerz" klubunun da maraq dairəsindədir. Lakin Kqasvanenin Avropada qalmaq ehtimalı da var. Belə ki, Köhnə Qitənin bəzi ölkələrinin aşağı liqa klubları onu heyətində görmək istəyirlər.

 

Qeyd edək ki, 2019-cu ilin yanvarından "Zirə"də çıxış edən Mfo Kqasvane ilə ötən yay 2 illik yeni müqavilə imzalanmışdı.


Digər xəbərlər

Xəbər xətti