Aleksandr Səmədov karyerasını bərpa etdi

Sportarena.az      8 Avqust 2020 , 01:53

Futbol üzrə Rusiya millisinin və Moskva “Spartak”ının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib.

 

Sportarena.az xəbər verir ki, ötən ilin avqsutunda futbola qayıdan və yerli “Znamya” klubu ilə müqavilə bağlayan əslən azərbaycanlı futbolçu artıq ilk rəsmi oyununa da çıxıb. 36 yaşlı Səmədov Rusiya Kubokunun 1/256 final mərhələsinin “Znamya Truda” ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin