“Fənərbaxça”dan ayrılan futbolçu alman klubunda

Sportarena.az      8 Avqust 2020 , 02:00

“Fənərbaxça”dan ayrılan almaniyalı hücumçu Maks Krusenin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ölkəsinə qayıdan 32 yaşlı futbolçu “Union Berlin”ə transfer olunub.Almaniyalı forvardın yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

 

Kruse 2019/20 mövsümünün əvvəlindən “Fənərbaxça”da çıxış edirdi. Amma o, bir müddət öncə mövsümün başa çatmasını gözləmədən İstanbul klubu ilə müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. Almaniya yığmasının hücumçusu Türkiyə klubunda meydana çıxdığı 23 matçda 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin