"Qəbələ" məşqçisi ilə vidalaşdı

02:42 8 Avqust 2020

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb. 2019-cu ilin oktyabrından klubda çalışan mütəxəssis 2019-2020-ci illər mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.

 

“Qəbələ” İdman Klubu Azər Bağırova 2019-2020-ci illərdə komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayb.


Xəbər xətti