Çempionlar Liqası: "Barselona" və "Bavariya" 1/4 finalda

02:06 9 Avqust 2020

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, keçirilən iki cavab oyunu ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşib."Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edib.

Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

 


Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

 

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 3:1
Qollar: Lenqret, 10 (1:0), Messi, 23 (2:0), Suares, 45+1-pen. (3:0), İnsiqne, 45+5-pen. (3:1)
İlk oyun - 1:1

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 4:1
Qollar: Levandovski, 10-pen. (1:0), Preşiç, 24 (2:0), Abraham, 44 (2:1),  Tolisso, 76 (3:1), Levandovski, 84 (4:1)
İlk oyun - 3:0


Digər xəbərlər

Xəbər xətti