Ronaldo “Yuventus”un tarixinə düşdü

Sportarena.az      9 Avqust 2020 , 12:01

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşan “Yuventus” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

 

Sportarena.az xəbər verir ki, “qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

 

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub. “Yuventus”un Fransa klubu üzərindəki qələbəsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Lion “Olimpik”i səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin