“Bu matçda həddən artıq diqqətli olmalıyıq” - Qurban Qurbanov

16:10 9 Avqust 2020

"Püşkü səbrsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Sileks" komandası ilə görüş barədə danışarkən deyib. 

 

48 yaşlı mütəxəssis bildirib ki, belə turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Təcrübəli baş məşqçi rəqib haqqında ən qısa zamanda məlumat toplayacaqlarını diqqətə çatdırıb: "Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə "Sileks" bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq".

 

Qurbanov vu oyuna çox düzgün hazırlaşmalı olduqlarını söyləyib: "Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".


Digər xəbərlər

Xəbər xətti