“Qarabağ” “Sileks”i keçsə…

Sportarena.az      10 Avqust 2020 , 10:11

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırsa, 2-ci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq.

 

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri:

“Midtyulland” (Danimarka)

“Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi

“Floriana” (Malta) – CFR (Rumıniya) cütünün qalibi

“Ferensvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) cütünün qalibi

“Çelye” (Sloveniya) – “Dandolk” (İrlandiya) cütünün qalibi

“Flora” (Tallin, Estoniya) – “Suduva” (Litva) cütünün qalibi

“Klaksvik”(Farer adaları) – “Slovan” (Slovakiya) cütünün qalibi

“Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) cütünün qalibi

“Ararat” (Ermənistan) – “Omoniya” (Kipr) cütünün qalibi isə
“Qarabağ”la qarşılaşa bilməz.

 

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. Bu mərhələnin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin