"Sileks"in püşkdə bəxti gətirmədi" - “Qarabağ”ın sabiq futbolçusu

11:08 10 Avqust 2020

“Sileks”in püşkdə bəxti gətirmədi. Üstəlik, bir matç olacaq, bu oyun da Azərbaycanda keçiriləcək”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem deyib.Şimali makedoniyalı sabiq komandasının Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə rəqib olmasını dəyərləndirib:

 

“Qarabağ” ölkəsində ən yaxşı, ən böyük klubdur. Mən orada oynamışam, nə olduğunu bilirəm. Xüsusilə baş məşqçi Qurban Qurbanov diqqət çəkir ki, on ildən çoxdur “Qarabağ”ın strateqidir. Əlbəttə, bu, nədənsə xəbər verir. Q.Qurbanov 4-3-3 sxeminə güvənir və nadir hallarda uduzur.

 

“Qarabağ” daim Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrupunda oynayıb. Obyektiv olsam, “Qarabağ” şübhəsiz favoritdir. Amma futbolda öncədən heç nə məlum deyil. Top yumrudur və Kratovo təmsilçisini şanslardan məhrum etməyək. Amma “Sileks”in bəxtinin gətirmədiyini deyərdim”.

 

“Sileks” rəqibin hücum xəttindəki ispaniyalı Romerodan da, gənc Emrelidən də ehtiyatlı olmalıdır. Bu komanda Uroş Matiçi gətirib. Kolumbiyadan da Kevin Medinanı alıblar. Dəhşətli oyunçudur. “Qarabağ”ın bəxti onda gətirməyib ki, uzun koronavirus pandemiyası ilə bağlı karantin üzündən keyfiyyətli hazırlıq keçə bilməyib.

 

Kifayət qədər klassik yoxlama oyunu olmayıb. Amma Q.Qurbanov bunu necə kompensasiya etməyi bilir. 3-4 ildir o klubda olmasam da, oradakılarla telefonla danışıram. Mənim əvvəl komanda yoldaşım olan futbolçular arasında çox sayda dostum var. Bir daha deyim ki, “Qarabağ” böyük klubdur və “Sileks”in püşkdə bəxti gətirməyib”.

 

Qeyd edək ki, türk əsilli Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”da oynayıb.


Digər xəbərlər

Xəbər xətti