Oyunlar qapalı olacaq - PFL-dən açıqlama

17:00 10 Avqust 2020

Yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları qapalı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Sınaq matçlarında iki komandadan başqa digər şəxslərin iştirak etməyəcəyi qeyd olunub: "Yeni mövsümlə bağlı bir sıra işlər görülür, Əsasnamə və COVID-19 pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə yazılır, oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Artıq 2020/2021 mövsümüylə bağlı son tamamlanma işləri görülür. Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq".

 

Xatırladaq ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti